Milli Məclisə seçkilər başa çatıb

Milli Məclisə seçkilər başa çatıb

1 Sentyabr 19:08
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 1-də saat 19:00-da Milli Məclisə seçkilərdə səsvermə başa çatıb. Seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Oxuməni.az