"Aleph" "TikTok"un Azərbaycanda rəsmi tərəfdaşı oldu

"Aleph" "TikTok"un Azərbaycanda rəsmi tərəfdaşı oldu

4 Sentyabr 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Əvvəllər "Httpool by Aleph" kimi tanınan və dünya üzrə aparıcı rəqəmsal reklam platformalarının əsas satış təmsilçisi olan "Aleph" "TikTok"un Azərbaycanda reklam imkanlarını təqdim etmək üçün rəsmi tərəfdaş seçilib. Bu strateji tərəfdaşlıq Aleph-ə, ölkədəki böyük və aktiv istifadəçi auditoriyasına çıxmaq istəyən bizneslər üçün unikal reklam həlləri təqdim etməyə imkan verəcək.

"TikTok"un Azərbaycanda rəsmi tərəfdaşı kimi "Aleph" reklam həllərini yerli bazara təqdim edəcək, "TikTok"un regional komandası ilə birlikdə müştərilər üçün optimal strategiyalar və həllər tapacaq, onlarla ən yaxşı təcrübələrini bölüşəcək. Hazırda dünya üzrə 1 milyarddan çox istifadəçi auditoriyası olan "TikTok" Azərbaycanda da sürətlə populyarlıq qazanmağa davam edir. Bu tərəfdaşlıq brendlərə dünyanın ən innovativ platformalarından birinin aktiv icması ilə əlaqə qurmaq üçün əla imkan yaradacaq.

"TikTok" Qlobal Biznes Həllərinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Anastasiya Panina deyib: "Azərbaycanda "TikTok"un reklam tərəfdaşı olaraq "Aleph" ilə əməkdaşlığımızı elan etməkdən məmnunluq duyuruq. Biz bu ekosistemi daha da inkişaf etdirməyi planlaşdırırıq və bu tərəfdaşlıq sayəsində Azərbaycandakı reklamverənlər digər platformaların təqdim edə bilməyəcəyi yeni rəqəmsal reklam formatlarına çıxış əldə edəcək, eyni zamanda da peşəkar yerli servisdən faydalanacaqlar".

Aleph şirkətinin regional direktoru Sergey Dovedov bildirib: "TikTok" qısa mobil videoların yerləşdirilməsi üçün aparıcı platformadır. Azərbaycandakı tərəfdaşlığımız reklamverənlərə agentliklərə, kiçik və orta biznesə "TikTok"un innovativ reklam həllərinə çıxış imkanı yaradaraq, onların biznes məqsədlərini effektiv şəkildə həll etmələrinə kömək edəcək. Tərəfdaşlarımızı öyrədərək və onlarla biliklərimizi bölüşərək hər kəs üçün rəqəmsal reklama çıxışı təmin etmək missiyamıza sadiq qalırıq".

Qeyd edək ki, "TikTok" qısa mobil videolar üçün aparıcı platforma olaraq, yaradıcılıq və özünüifadə üçün geniş imkanlar təklif edir. Qlobal istifadəçi və müəllif icması ilə "TikTok" dünya miqyasında müxtəlif məzmun və təcrübələr təqdim edir ki, bu da geniş auditoriyalara təsir göstərir.

"Aleph" isə 140-dan çox ölkədə fəaliyyət göstərən və 26 000-dən çox reklamverəni 3 milyarddan çox istehlakçı ilə birləşdirən qlobal, rəqəmsal reklam şirkətidir. "TikTok", "X", "Microsoft", "Google" daxil olmaqla 60-dan çox aparıcı rəqəmsal media platforması ilə tərəfdaşlıq edərək "Aleph" bizneslərə və icmalara inkişaf etməkdə olan bazarlarda dəstək verir. Şirkət lokalizə olunmuş həllərlə birlikdə müstəqil texnologiyalar təqdim edir, yerli sənaye və platforma ekspertlərindən ibarət komandalarla xidmət göstərir.

Xatırladaq ki, "Aleph" və "TikTok" qlobal əməkdaşlığa 2019-cu ildə Latın Amerikasının və Avropanın bazarlarını əhatə etməklə başlayıb. 2024-cü ilə qədər onlar bu əməkdaşlığı Azərbaycanın da daxil olduğu yeni bazarları əhatə edəcək şəkildə genişləndiriblər.

Oxuməni.az