Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası vəfat edib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası vəfat edib

16 Oktyabr 15:06
Bəyəndim (9) Bəyənmədim (1)

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dünyasını dəyişib, ona hipotoniya, miokard infarktı, kardiogen şok diaqnozu qoyulub, bu barədə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov xəbər verib.

Bildirilib ki, göstərilən tibbi yardıma və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Oktyabrın 16-da saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına təcili tibbi yardım göstərilməsi üçün çatdırılıb. Ona qeyri-müəyyən etiologiyalı hipotenziya, miokard infarktı və kardiogen şok diaqnozu qoyulub. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib. Göstərilən bütün tibbi yardıma və həkimlərin dəfələrlə səyinə baxmayaraq, saat 11:35-də xəstənin ölümü qeydə alınıb”, - məlumatda deyilir.

Qeyd edək ki, A.İbrahimov bir neçə il əvvəl açıq ürək əməliyyatı keçirib.

Allah rəhmət eləsin!

Almaz Həsənli