Hikmət Hacıyev: Ermənistan BCM üzvü kimi Gəncəyə raket hücumlarını araşdırmalıdır

Hikmət Hacıyev: Ermənistan BCM üzvü kimi Gəncəyə raket hücumlarını araşdırmalıdır

17 Oktyabr 12:06
Bəyəndim (16) Bəyənmədim (0)

Hikmət Hacıyev: Ermənistan BCM üzvü kimi Gəncəyə raket hücumlarını araşdırmalıdır
Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi 2020-ci ildə Gəncəyə raket hücumlarını araşdırmalıdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Hikmət Hacıyev xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Gəncə ikinci ən ölümcül ballistik raket zərbəsinə məruz qalıb: “Ermənistanın ballistik raketdən istifadə etməklə dinc sakinləri öldürməsi təsadüfi əməl və ya girov ziyanı deyil, düşünülmüş terror və qətl siyasətidir”.
“Ermənistan BCM-nin üzvü kimi bu hərbi cinayətləri araşdırmalıdır”, - Hikmət Hacıyev vurğulayıb.
Xatırladaq ki, Gəncə şəhərinin 14 nəfərin, o cümlədən uşaqların həyatına son qoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin növbəti beşinci dəfə raket atəşinə məruz qalmasından dörd il ötür.
2020-ci il oktyabrın 4, 8, 11 və 17-də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin ballistik raketlərdən və reaktiv artilleriya qurğularından atəşə tutulması baş verib. Nəticədə 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, mülki infrastruktura, nəqliyyat vasitələrinə xeyli ziyan dəymişdir.

Almaz Həsənli