İkinci Qarabağ Müharibəsi Qəhrəmanı general-polkovnik rütbəsinə layiq görülüb

İkinci Qarabağ Müharibəsi Qəhrəmanı general-polkovnik rütbəsinə layiq görülüb

8 Noyabr 14:50
Bəyəndim (3) Bəyənmədim (0)


Müdafiə nazirinin müavini - Quru Qoşunlarının Komandanı general-leytenant Hikmət Mirzəyevə dövlət başçısının sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, uzun illər və müharibə zamanı Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandiri olub. Azərbaycanın qələbəsində həlledici rolu məhz onun tabeliyində olanlar oynayıblar. Şuşa şəhərinin azad edilməsi əməliyyatını işləyib hazırlayan və parlaq şəkildə həyata keçirən Mirzəyev olmuşdur.