COP29 iştirakçıları iqlim maliyyəsini müzakirə edirlər

COP29 iştirakçıları iqlim maliyyəsini müzakirə edirlər

11 Noyabr 15:13
Bəyəndim (2) Bəyənmədim (0)


Bu gün Azərbaycanın paytaxtı Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) öz işinə başlayıb. Əsas müzakirə mövzusunun 2025-ci ildən etibarən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi məsələsi olacağı gözlənilir.
Mütəxəssislər bu sahədə maliyyə tədbirlərinə ehtiyacı ildə ən azı 0,94 trilyon avro hesab edirlər. Bəzi müşahidəçilər bu rəqəmi 2,2 trilyon avroya qədər qiymətləndirirlər.
Bu hesablamalarda iqlimin mühafizəsi tədbirlərinə təkcə dövlət deyil, həm də özəl investisiyalar, xüsusən də kreditlərin ödənilməsi üçün lazım olan vəsaitlər nəzərə alınır.
2025-ci ilə qədər iqlimin maliyyələşdirilməsi zəngin, sənayeləşmiş ölkələrin bu məqsədlər üçün ildə ən azı 93,29 milyard avro ayırmaq öhdəliyi ilə təmin edilirdi.
Bir sıra digər sənayeləşmiş ölkələrin mövqeyi ondan ibarətdir ki, gələcəkdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə Çin və Körfəz ölkələri kimi keçid iqtisadiyyatlı varlı ölkələri cəlb etmək lazımdır.
Almaz Həsənli