Yaşıl İqlimə Keçid KOB-lar üzrə Bakı Koalisiya Bəyannaməsi imzalanıb
COP29 çərçivəsində kiçik və orta müəssisələrin (KOB) yaşıl keçidi və bu sahədə əməkdaşlığı təşviq edən sənədlər imzalanıb.
İmzalanma mərasimi COP29 Mavi Zonada baş tutub.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Beynəlxalq Ticarət Mərkəzinin (ITC) və Braziliya Mikro və Kiçik Müəssisələr Agentliyinin (SEBRAE) nümayəndələri tərəfindən “KOB-lar üçün Yaşıl İqlimə Keçid üzrə Bakı Koalisiyası Bəyannaməsi” imzalanıb.
KOBİA-nın təşəbbüsü ilə hazırlanan bəyannamə KOB-larin qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidi üçün birgə səylərin birləşdirilməsi və bu sahədə əməkdaşlığın qurulması məqsədi daşıyır. Sənəd yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi üzrə öhdəlikləri ehtiva edir.
Almaz Həsənli