Afrika İttifaqının komissarı: COP29 yüksək səmərəliliklə keçir
“Afrika İttifaqında biz 55 Afrika ölkəsi olaraq iqlim dəyişmələrinə qarşı mübarizədə müxtəlif strategiyaları tərtib etmişik.
Bu strategiyaları uğurla tərtib etmək üçün biz başqa ölkələrdən fond yaradılmasını istəyirik, çünki bizim strategiyalarımız iqlim maliyyələşməsi ilə sıx əlaqəlidir”.
Oxuməni.az xəbər verir ki, bu sözləri Afrika İttifaqının Kənd Təsərrüfatı, Kənd inkişafı, Mavi iqtisadiyyat və Dayanıqlı Ətraf Mühit Komissarı Cozefa Leonel Korrea Sako AZƏRTAC-a açıqlamasında deyib.
O əlavə edib ki, 2015-ci ildə qəbul olunan Paris Sazişində müəyyən edilmiş öhdəliklər hələ də tam yerinə yetirilmir.
“Biz, həmçinin itki və zərər fondunun işə düşməsini və davamlı fəaliyyət göstərməsini istəyirik”, - deyə o qeyd edib.
Sako vurğulayıb ki, atmosferə çoxlu sayda karbon emissiyalarının buraxılmasına görə cavabdeh deyillər: “Halbuki biz Afrikada özümüzü yaşıl və mavi iqtisadiyyata həsr etmək istəyirik”, - deyə əlavə edib.
COP29 konfransının yüksək səmərəliliklə keçdiyini vurğulayan komissar, burada dövlət rəhbərləri, QHT-lər və özəl sektor nümayəndələrinin geniş iştirakı ilə mühüm razılaşmaların əldə ediləcəyinə ümid etdiyini bildirib.
Oxuməni.az