Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər

Vətəndaşlar nikahlarını artıq rəqəmsal formada qeydiyyata ala bilərlər

19 Noyabr 13:37
Bəyəndim (2) Bəyənmədim (0)


Artıq Azərbaycan vətəndaşları “mygov” rəqəmsal platformasından istifadə edərək onlayn nikaha daxil ola biləcəklər.
Bu barədə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Amma prosesə başlamaq üçün nikahı qeydiyyata almaq istəyən vətəndaşlar tibbi müayinədən keçməlidirlər. Tibbi müayinədən keçdikdən 14 gün sonra nəticələr “mygov”a yüklənir. Bundan sonra vətəndaşlar nikahlarının qeydiyyatı prosesinə başlaya bilərlər.
Bu məqsədlə “mygov” platformasına “Nikahın qeydiyyatı” bölməsi əlavə edilib. Sertifikatları yoxladıqdan sonra sistem xüsusi ekran açır. Nikaha daxil olan vətəndaşlardan biri ərizəni davam etdirmək üçün digərinə FİN və təsdiq kodu göndərməlidir. Sonra, nikahdan sonra soyad və nikah şəhadətnaməsini fiziki olaraq almaq üçün bir mərkəz seçməlisiniz. 30 gündən sonra vətəndaş statusunun dəyişdirilməsi barədə bildiriş alır, bundan sonra o, 10 manat rüsum ödəməlidir. Sonra nikah şəhadətnaməsini götürə bilərsiniz.
Almaz Həsənli