AZƏRTAC-a daxil olmaq mümkün olmur
Bu gün saat 12-dən başlayaraq AZƏRTAC-a daxil olmaq mümkün olmur. Məsələyə aydınlıq gətirmək üçün AZƏRTAC-la əlaqə saxladıq. Telefon zəngimizə cavab verən AZƏRTAC-ın Samırə adlı xanım əməkdaşı bildirdi ki, hazırda saytda texniki yenilənmə gedir və yaxın dəqiqələrdə problem həllini tapacaq. Əbəttə, AZƏRTAC Azərbaycanın rəsmi dövlət agentliyidir və ora hər gün nəinki respublikamızdan, həm də yaxın və uzaq xaricdən milyonlarla adam daxil olur. Bizə elə gəlir ki, bu barədə öncədən rəsmi məlumat verilsəydi daha məqsədəuyğun olardı.
Əziz Mustafa
Digər xəbərlər