Füzulinin İraqda məzarı bərpa olunacaq

Füzulinin İraqda məzarı bərpa olunacaq

7 Dekabr 19:53
Bəyəndim (1) Bəyənmədim (0)


Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı qələbə doğma yurd-yuvasından didərgin düşmüş bütün xalqların nümayəndələrində ümid yaratdı. Təsadüfi deyil ki, Qarabağdakı qələbə tarix kitablarında yeni səhifə açdı.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” beynəlxalq parlament konfransında İraq Respublikası Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad əs-Salihi deyib.
O, İraqın Kərkük şəhərində türkmənlər üçün ilk məktəbi bərpa etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. əs -Salihi türkmən xalqının Azərbaycan və Türkiyənin dəstəyinə arxalandığını da qeyd edib.
Salihi İraqın Türk Dövlətləri Təşkilatına (TDT)-də müşahidəçi ölkə kimi iştirakının vacibliyini vurğulayıb. “Bizim ortaq irsimiz - Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəladakı məzarını bərpa etməyə çalışacağıq”.
Ərşad əs-Salihi Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələri İraqda səfirliklərini açmağa çağıraraq, artıq Azərbaycanın İraqdakı diplomatik nümayəndəliyini örnək kimi təqdim edib.
Almaz Həsənli