Azərbaycanın və Qazaxıstanın silahlı qüvvələri arasında tərəfdaşlığın artırılması yolları müzakirə edilib
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Azərbaycan bu ölkədəki səfiri Ağalar Atamoğlanov ilə görüşüb.
Görüş zamanı səfir Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı danışıb, həmçinin birgə layihələrin həyata keçirilməsi gedişatını müzakirə edib.
Birgə təlimlərin keçirilməsini müsbət qiymətləndirən tərəflər hər iki dövlətin silahlı qüvvələri arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb və müdafiə sahəsində, eləcə də hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Oxuməni.az
Digər xəbərlər