Azərbaycan və Qazaxıstan prezidentləri AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı mühüm tapşırıqlar veriblər

Azərbaycan və Qazaxıstan prezidentləri AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı mühüm tapşırıqlar veriblər

25 Dekabr 13:14
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin, fövqəladə hallar nazirinin, baş prokurorun müavininin, səhiyyə nazirinin müavininin, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavininin, AZAL-ın vitse-prezidentinin və Digər aidiyyatı dövlət qurumları nümayəndələrin AZAL-ın təyyarə qəzasını yerində araşdırmaq üçün Aktau şəhərinə yollanıblar.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi dövlət komissiyası yaradılıb.

Tokayev Astanadan Aktauya həkimlər göndərməyi və zərərçəkənlərə bütün lazımi dəstəyi göstərməyi əmr edib.

Qazaxıstanda baş vermiş təyyarə qəzasında sağ qalanların sayı 28 nəfərə çatıb, Mangistau vilayətinin səhiyyə idarəsinin mətbuat xidmətindən “RBC”-yə bildiriblər.

Oxuməni.az