Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək

Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək

26 Dekabr 21:10
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının qərarına əsasən, dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Oxuməni.az