Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan”

Təyyarə qəzasında həlak olan pilotun qızı: "Ata, sən mənim qəhrəmanımsan”

28 Dekabr 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

AZAL-ın mərhum təyyarə pilotu və kapitanı İqor Kşnyakinin qızı sosial şəbəkələrdə təsirli mesaj paylaşım edib.
"Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah!”– o yazıb.
Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi.

Almaz Həsənli