AZAL-a məxsus təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin cənazələri Bakıya gətirilib

AZAL-a məxsus təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin cənazələri Bakıya gətirilib

29 Dekabr 2024 11:03
Bəyəndim (1) Bəyənmədim (0)


Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva), həmçinin 21 sərnişinin cənazəsi Bakıya gətirilib.
Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Qazaxıstan hakimiyyəti Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 Azərbaycan vətəndaşının cənazəsini vətənə göndərilmək üçün təhvil verib.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 28-də saat 23:30-da (Bakı vaxtı ilə 22:30) təyyarə qəzasında faciəvi şəkildə həlak olan 24 Azərbaycan vətəndaşının (o cümlədən üç ekipaj üzvü) cəsədi Aktaudan evlərinə yola salınıb. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bu günlər ərzində iş aparılıb, həmçinin DNT analizi və yaxınlarının köməyi ilə tədbirlər həyata keçirilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, bundan əvvəl xəsarət almış 14 Azərbaycan vətəndaşı tibbi yardım göstərildikdən sonra evlərinə uçub.
Almaz Həsənli