Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları vətənə göndəriləcək

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları vətənə göndəriləcək

29 Dekabr 2024 16:32
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstanın Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı dekabrın 30-da vətənə yola salınacaq. Bu barədə “24.kz” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, yaralı qırğızların vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlər vəziyyətinin ağır olduğunu bildirdikləri 26 yaşlı Rinat Asanovun da daşınması üzərində mütəxəssislər işləyir. Ümumilikdə təyyarənin göyərtəsində üç Qırğızıstan vətəndaşı olub.
Dekabrın 25-də səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, laynerin göyərtəsində 69 nəfər, o cümlədən beş ekipaj üzvü olub. 29 nəfər sağ qalıb.
Dekabrın 28-də Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək sərnişin təyyarəsi ilə bağlı insidentlə görə üzr istəyib.


Almaz Həsənli