Azərbaycan Suriyaya ilk humanitar yardım karvanını göndərib
Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.
Karvan 200 tona yaxın ərzaq və ərzaq məhsulları olan 10 maşından ibarətdir.
Qeyd edək ki, dekabrın 29-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Əl-Şibani arasında görüş keçirilib.
Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğa yönəlmiş yeni fəsil açmaq barədə razılığa gəliblər. Bu baxımdan Suriya tərəfinin diqqətinə çatdırılıb ki, 12 ildən sonra Azərbaycanın Dəməşqdəki səfirliyinin qısa müddət ərzində fəaliyyətini bərpa etmək planlaşdırılır.
Almaz Həsənli
Digər xəbərlər