AZAL-a məxsus təyyarənin qara qutularının deşifrəsi Braziliyada olacaq

AZAL-a məxsus təyyarənin qara qutularının deşifrəsi Braziliyada olacaq

30 Dekabr 2024 13:50
Bəyəndim (1) Bəyənmədim (0)

Dekabrın 25-də Aktauda qəzaya uğrayan “Embraer 190” təyyarəsinin registratorları öyrənilmək üçün Braziliyaya göndəriləcək, Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Uçuş qeydiyyatçılarının (qara qutular) “Embraer”in istehsalçısı olan Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərilməsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.
Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasına əsasən, təhqiqat aparan ölkənin qara qutuların deşifrə edilməsi üçün yer seçmək hüququ var.
Onu Braziliyaya göndərmək qərarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələri və Rusiya və Azərbaycanla məsləhətləşmələrdən sonra qəbul edilib.

Oxuməni.az