Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib
Cənubi Qafqaz sülh, əmin-amanlıq və əməkdaşlıq regionuna çevrilməlidir. Ermənistanın genişmiqyaslı və sürətləndirilmiş silahlanması və ona ölümcül silahların verilməsi bu sülhü poza bilər, bu sülh mümkündür.
Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Azərbaycanın bu məsələdə sadəcə biganə müşahidəçi kimi qalmayacağını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, biz Qarabağın, Şərqi Zəngəzurun otuz illik işğalını, dağıdılmasını, viran edilməsini, Xocalı soyqırımını, bir milyon insanımızın Ermənistanın təqsiri ilə vətəndaşların qaçqın və məcburi köçkün vəziyyətinə salınmasını heç vaxt unutmayacağıq.“Ermənistanın təcavüzkar siyasətini və mahiyyətini həmişə nəzərə almaq lazımdır. Ona görə də mən Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq etməyi öz borcum hesab edirəm ki, bu təhlükəli yoldan çəkinsin”, - deyən dövlət başçısı əlavə edib ki, Ermənistan nə hərbi sahədə, nə də başqa sahədə bizimlə rəqabət aparmaq iqtidarında deyil.
Oxuməni.az