Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

2 Yanvar 10:55
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün şəhid - Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür.

Oxuməni.az xəbər verir ki, qəhrəman zabitin anadan olmasından 50 il ötür.

General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birlikdə Sumqayıta köçüb, burada 28 və 34 nömrəli orta məktəblərdə təhsil alıb, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını uğurla bitirib.

Tağım komandiri kimi başlayan Polad Qalımov general-mayor rütbəsinə qədər yüksəlib. Cəbhə bölgələrində xidmət etmiş, bütün əmr və göstərişləri ləyaqətlə yerinə yetirməyə çalışmışdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının Sərəncamı ilə 2016-cı ilin aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusuna həvalə edilmiş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqlənməyə görə İlham Əliyev 20 aprel 2016-cı il tarixli Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı Polad Həşimova general-mayor ali hərbi rütbəsi verib.

Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Allah rəhmət eləsin!

Almaz Həsənli