İlham Əliyev Tramp və Avropa ilə əlaqələr haqqında

İlham Əliyev Tramp və Avropa ilə əlaqələr haqqında

8 Yanvar 10:18
Bəyəndim (1) Bəyənmədim (0)

Tramp açıqlamalarında kifayət qədər aydın və açıq mesajlar verib. Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Ona görə də ümidlər böyükdür. Xüsusilə, Amerika-Azərbaycan münasibətlərinin strateji səviyyəsinə yaxınlaşmaq imkanı yaranacaq. Bu barədə Prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində danışıb.

Avropa Komissiyası ilə münasibətlərə gəlincə, Əliyev şübhəli olduğunu gizlətməyib: “Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqlarla dolu il oldu.

Məhz keçən il Avropa İttifaqı normallaşma prosesində açıq şəkildə Ermənistanın tərəfini tutdu, Avropa İttifaqı adlanan müşahidə missiyasının müddəti uzadıldı və bu, etimadı gücləndirmədi, əksinə, sarsıtdı”.

Almaz Həsənli