İlham Əliyev: “Zəngəzur dəhlizi açılacaq”

İlham Əliyev: “Zəngəzur dəhlizi açılacaq”

8 Yanvar 10:24
Bəyəndim (1) Bəyənmədim (0)


"Amerikada da Soros dövrünün sonu gəldi. Bayden administrasiyası mahiyyətcə Soros üslubunda idarə olundu".
Bunu Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.
Sorositlərin faktiki olaraq mövqelərini itirdiyini vurğulayan dövlət başçısı Ermənistan rəhbərliyinin bunu nəzərə almalı olduğunu bildirib. “Nəzərə almalıyıq ki, onların Yaxın Şərqdəki yaxın müttəfiqi Əsədin diktaturası artıq tarixin zibilliyinə atılıb və bu, davam edəcək, ona görə də düzgün addım atsın. Biz Azərbaycan onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq olsun, bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə rolunu oynamamalıdırlar. Zəngəzur dəhlizi açıq olmalıdır və olacaq. Onlar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, - deyə prezident əlavə edib.
Azərbaycan prezidentinin sözlərinə görə, son illər Azərbaycanın atdığı addımlar çox ciddi təhlil edilir. Dünya tarixində isə öz ərazi bütövlüyünü təkbaşına bərpa edən ikinci ölkə yoxdur: “Biz bunu bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə məhəl qoymadan etdik”.
Azərbaycan Prezidenti əlavə edib ki, dünyada müstəqil siyasət aparmağa qadir olan dövlətlər çox deyil.
Almaz Həsənli