Azərbaycan Ukraynaya 1 milyon dollar ayırıb

Azərbaycan Ukraynaya 1 milyon dollar ayırıb

18:13
Bəyəndim (2) Bəyənmədim (0)


Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göndərilməsi üçün ölkənin Energetika Nazirliyinə 1 milyon dollar ayırıb. Müvafiq məlumat dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənəddə bildirilir ki, ayrılan vəsait Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının alınmasına və göndərilməsinə yönəldiləcək.
Qeyd olunur ki, vəsait cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Xatırladaq ki, ötən ay İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda Vladimir Zelenski ilə görüşdüyü bildirilmişdi.
Oxuməni.az