USAID-in keçmiş rəhbərinin sərvəti 3 ildə 23,3 milyon dollar artıb

USAID-in keçmiş rəhbərinin sərvəti 3 ildə 23,3 milyon dollar artıb

10 Fevral 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəhbəri Samanta Pauerin sərvəti üç il ərzində 23,3 milyon dollar artıb. Bu barədə kripto sahibkar Mario Nafal bildirib.

O, X sosial şəbəkəsində Pauerin maaşının ildə 180 min dollar olduğunu vurğulayıb.

Bundan əvvəl Amerika lideri Donald Tramp bildirib ki, USAİD-də islahatlarla bağlı qərarlar geri dönməzdir. Ağ Evin rəhbəri təşkilatdakı korrupsiyanın “görünməmiş səviyyədə” olduğunu vurğulayıb.

Yada salaq ki, büdcə vəsaitlərinin təhriflərə xərcləndiyi məlum olanda USAID-in hərəkətləri ABŞ vətəndaşlarını şoka salıb.

Almaz Həsənli