İsrailin Baş naziri Hikmət Hacıyevi qəbul edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Bu barədə Oxuməni.az Azərbaycanın İsraildəki səfirliyinin X sosial şəbəkəsində dərcinə istinadən xəbər verir.
Diplomatik nümayəndəlik qeyd edib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də regional hadisələri müzakirə ediblər.
“Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Netanyahuya çatdırıb. Baş nazir Netanyahu minnətdarlığını bildirib və onun da salamlarını Prezident Əliyevə çatdırmağı xahiş edib”, - postda qeyd edilir.
Almaz Həsənli
Digər xəbərlər




































.jpg)
.jpg)





.jpg)




















.jpg)





















