
Bakıya qar yağır, güclü külək əsir, çovğun var, yollar buz bağlayıb
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Yollar buz bağlayıb, nəqliyyatın hərəkəti demək olar gözə dəymir. Bakıda güclü külək əsir, çovğun tuğyan edir, hazırda 3 dərəcə şaxta var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində – Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur. Şəmkir, Bərdə, Lənkəran, Astarada isə yağış yağır.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb”, – məlumatda qeyd olunub.
Oxuməni.az