Bu gün axşamdan Bakıda sulu qar və qar yağacaq
Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Oxuməni.az
Digər xəbərlər




































.jpg)
.jpg)





.jpg)




















.jpg)





















