
Pomidor bir neçə növ xərçəng riskini azaldır
Kəşf Tehran Tibb Universitetinin mütəxəssisləri tərəfindən edilib.
Pomidor yeyirsinizsə, ümumi xərçəng inkişaf riskini və ölüm ehtimalını azalda bilərsiniz. “Frontiers in Nutrition” yazır ki, bunu Tehran Tibb Universitetinin mütəxəssisləri deyir.
Alimlər bu mövzuda əvvəllər dərc olunmuş 121 araşdırmanı təhlil edərək müəyyən ediblər ki, pomidorun tərkibində olan likopin adlı piqmentin aktiv istehlakı xərçəngin inkişafının ümumi riskini əhəmiyyətli dərəcədə azaldır. Bura könüllülərin iştirakı ilə eksperiment də daxildir. Məlum olub ki, qida rasionunda ən yüksək nisbətdə likopini olan iştirakçılar xərçəngdən ən yaxşı şəkildə qorunublar, qanda bu piqmentin konsentrasiyasının hər dəfə 10 μg/dL artması xərçəngin ümumi riskini 5% azaldır.
Mütəxəssislər, əsasən, bu maddənin prostat xərçəngi və ağciyər xərçəngi inkişaf riskini azaltdığını qeyd ediblər.
Almaz Həsənli