
Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniyanın Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”
Oxuməni.az
Digər xəbərlər