Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

28 Mart 12:49
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-ci ili tamam olur.

Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Oxuməni.az kollektivi olaraq Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan təhlükəsizlik orqanlarımızın əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!

Oxuməni.az