
Ermənistan KTMT-yə üzvlük haqqı verməkdən imtina edib
Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəmə etməkdən imtina etdiyini açıqlayıb. “Sputnik Ermənistan” xəbər verir ki, bu barədə idarənin bəyanatında deyilir.
“Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməkdən çəkinir”, - departamentdən bildirilib.
Xarici İşlər Nazirliyi qeyd edib ki, KTMT-nin daxili qaydalarına əsasən, təşkilatın büdcəsinin detalları ictimaiyyətə açıqlanmır.
Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna kimi KTMT-yə olan borcunu ödəməsə, müxtəlif tədbirlər görülə bilər, lakin onun KTMT-dən çıxarılmaq ehtimalı azdır.
Almaz Həsənli