
Ermənistanda türkiyəli bloggerə qarşı cinayət işi açılıb
Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların dərci ilə bağlı Ermənistanda cinayət işi açılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan erməni mətbuatına bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədən olan bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək, Azərbaycan torpağında olduğunu bildirən strim (canlı yayım) aparmışdı.
Bundan sonra Türkiyə telekanallarından biri ondan müsahibə alıb.
Almaz Həsənli
Digər xəbərlər