İsrail və Türkiyə Bakıda danışıqlara başlayıb

İsrail və Türkiyə Bakıda danışıqlara başlayıb

10 Aprel 16:27
Bəyəndim (0) Bəyənmədim (0)



Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən “CNN Türk”-ə verilən məlumata görə, Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün deeskalasiya mexanizminin yaradılması ilə bağlı ilk texniki danışıqlar Azərbaycanda keçirilib.
İsrail KİV-i xəbər verir ki, yüksək rütbəli İsrail rəsmisi Türkiyə və İsrail nümayəndə heyətlərinin dünən Azərbaycanda görüşdüyünü təsdiqləyib.
Görüş zamanı İsrail “açıq şəkildə bildirdi ki, Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişiklik, xüsusən də Palimra (Tadmor) bölgəsində Türkiyə bazalarının yaradılması qırmızı xəttdir”.
Rəsmi əlavə edir ki, İsrail açıq şəkildə bildirib ki, hər hansı bu cür fəaliyyətin qarşısını almaq "Dəməşq hökumətinin məsuliyyətidir. İsraili təhdid edən hər hansı fəaliyyət Suriya prezidenti Əhməd əl-Şaranın hakimiyyətini təhdid edəcək".
Türkiyə nazirlik mənbələri də Azərbaycanda aparılan danışıqları təsdiqləyərək bildiriblər ki, bu, regionda iki ölkə arasında potensial toqquşmaların və anlaşılmazlıqların qarşısını alacaq kanalın yaradılması səylərinin başlanğıcı olduğunu bildirir.
Mənbələrdən biri danışıqların miqyası və vaxtı barədə təfərrüatları açıqlamayaraq, "Bu mexanizmin yaradılması səyləri davam edəcək," -deyib.
İsrail Türkiyəni Suriyanı Türkiyənin protektoratına çevirmək cəhdində ittiham edib, Ankara isə Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrailin bu ölkədəki hərbi fəaliyyətini tənqid edib. Keçən həftə “Reuters” xəbər vermişdi ki, Türkiyə hərbiçiləri İsrailin ərazilərə hava hücumları həyata keçirməzdən əvvəl planlaşdırılmış birgə müdafiə paktının bir hissəsi olaraq qüvvələr yerləşdirə biləcəkləri Suriyada ən azı üç hava bazasını öyrəniblər.
Oxuməni.az