Ərdoğan Azərbaycan və Türkiyə arasında qaz sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

Ərdoğan Azərbaycan və Türkiyə arasında qaz sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

18 Aprel 12:51
Bəyəndim (3) Bəyənmədim (0)


Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Oxuməni.az xəbər verir ki, dövlət başçısının bu qərarı Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Yada salaq ki, bu Azərbaycan-Türkiyə müqaviləsi İstanbulda bağlanıb. İmzalanma mərasimi ötən il mayın 14-də baş tutub. Azərbaycan prezidenti İlham Əliyev ötən il iyulun 8-də bunu təsdiqləyib.
Sənəddən məlum olduğu kimi, Bakı və Ankara enerji sahəsində uğurlu əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyir. Azərbaycan və Türkiyə, həmçinin hər iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində, o cümlədən enerji təchizatı mənbələrinin şaxələndirilməsi yolu ilə həm bir-biri, həm də Avropa üçün oynadığı mühüm rolu qəbul edirlər.
Bundan əlavə, sazişdə tərəflər bir sıra layihələr üzrə uğurlu əməkdaşlığa diqqət çəkirlər. Bunlara TANAP, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri daxildir. Bundan əlavə, Bakı və Ankara “Şahdəniz” yatağının birinci və ikinci fazaları çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Almaz Həsənli