Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

18:16
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev “Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxuməni.az