Prezident İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib

11:27
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyada keçirilmiş parlament seçkilərində başçılıq etdiyi Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə Baş nazir Edi Ramaya təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının məktubunda qeyd edilir: “Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümummilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın Sizə olan inam və dəstəyinin bariz təzahürüdür.

Azərbaycan ilə Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Prezident İlham Əliyev Baş nazirə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətində uğurlar diləyib.

Oxuməni.az