Kəngərliyə köçən 50 ailəyə evlərin açarı təqdim olunub

Kəngərliyə köçən 50 ailəyə evlərin açarı təqdim olunub

15:55
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün 200-dən çox məcburi köçkünün köçdüyü Ağdam rayonunun Kəngərli kəndində günorta saatlarında yeni fərdi yaşayış evlərinin açarlarının təqdim edilməsi mərasimi olub.
Ağdam rayonunun Kəngərli kəndinin sakinlərinin sayı bu gün 207 nəfər artıb, ümumilikdə 50 ailəyə yeni fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Mərasimdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu gün səhər saatlarında Kəngərliyə köçən 50 ailə məcburi köçkün olub, onlar Azərbaycanın müxtəlif bölgələrində yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda yaşayırdılar.
Yada salaq ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda geri qayıdan keçmiş məcburi köçkünlərlə yanaşı, 40 minə yaxın insan yaşayır. Bunlara bu regionda layihələrin həyata keçirilməsində iştirak edən işçilər, dövlət qurumlarının əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və enerji qurumlarında çalışan mütəxəssislər daxildir.

Oxuməni.az