Azərbaycanın İrandakı səfirliyinə basqın edən şəxs Tehranda edam edilib

Azərbaycanın İrandakı səfirliyinə basqın edən şəxs Tehranda edam edilib

10:14
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün Tehranda Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadəyə qarşı ölüm hökmü icra edilib. Bu barədə çərşənbə günü İranın Məhkəmə Sistemi informasiya portalı məlumat yayıb.
Yada salaq ki, 2023-cü il yanvarın 27-də Yasin Hüseynzadə avtomatla silahlanmış Azərbaycanın Tehrandakı səfirliyinə terror aktı həyata keçirib. Səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov hücumun qarşısını alarkən həlak olub, diplomatik missiyanın daha iki əməkdaşı isə yaralanıb.

Oxuməni.az