Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin növbəti uğurlu əməliyyatı: Rusiya vətəndaşı Zahirəddin İbrahimov Bakıya gətirilib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin növbəti uğurlu əməliyyatı: Rusiya vətəndaşı Zahirəddin İbrahimov Bakıya gətirilib

26 May 10:08
Bəyəndim (5) Bəyənmədim (0)

Son günlər Ermənistan mətbuatında Rusiya vətəndaşı Zahirəddin İbrahimovun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq Bakıya aparıldığı barədə məlumatlar yayılır. Bu barədə Oxuməni.az "Report"a istinadla xəbər verir.
Yekaterinburqda yaşayan və Azərbaycanda fəaliyyət göstərən etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri vəzifəsində çalışmış Zahirəddin İbrahimov uzun illər Ermənistanda Azərbaycan əleyhinə keçirilən tədbirlərdə iştirak edib.
2005-2020-ci illərdə o, dəfələrlə İrəvanda keçirilən konfranslarda çıxış edərək, Azərbaycana qarşı saxta ittihamlar səsləndirib və erməni strukturları adından separatizmi dəstəkləyib.
Vəkili Səyyarə Əliyeva onun DTX-nın istintaq təcridxanasında saxlandığını təsdiqləyib. Dindirilmə zamanı İbrahimov Ermənistanla əlaqələrini etiraf edib və digər məsələlərlə bağlı ifadə verib.
Onun Bakıya çatdırılmasının təfərrüatları hələlik açıqlanmayıb. Onun Ruben Vardanyan və Arayik Arutyunyanla birlikdə DTX-nın təcridxanasında olduğu və Azərbaycanın ərazi bütövlüyünə zidd hərəkətlərə görə cavab verəcəyi məlumdur.

Almaz Həsənli