
Azərbaycan Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib
Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir.
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
“Dostumuz, qonşumuz və strateji tərəfdaşımız Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirik” - Azərbaycan XİN.
Xatırladaq ki, Gürcüstan Müstəqillik Gününü mayın 26-da qeyd edir. Bayram 1918-ci ildə müstəqilliyin elan edildiyi tarixə təsadüf edir. Ölkə 1991-ci ildə keçirilən ümumxalq referendumu və aprelin 9-da bu barədə aktın qəbul edilməsi nəticəsində müstəqilliyini bərpa edib.
Bu gün Tbilisinin mərkəzindəki Orbeliani meydanında bayram tədbirləri keçiriləcək. Qonaqları konsertlər, ustad dərsləri və dequstasiyalar gözləyir, Azadlıq meydanında hərbi texnikanın paradı keçiriləcək.
Almaz Həsənli