
Durov Maskın Telegram və xAI arasında əməkdaşlıq haqqında açıqlamasına cavab verib
Telegram və xAI arasında əməkdaşlığa dair razılaşma prinsipcə əldə edilib, lakin rəsmiyyətlər hələ həll olunmayıb, messencerin təsisçisi Pavel Durov bildirib.
Mayın 28-də, çərşənbə günü Telegram və xAI-nin bir il müddətinə ortaqlıq haqqında razılığa gəldiyi bildirildi.
Daha əvvəl amerikalı iş adamı İlon Mask bildirmişdi ki, onun startapı xAI ilə Telegram messenceri arasında tərəfdaşlıq müqaviləsi hələ imzalanmayıb.
Durov X sosial şəbəkəsində yazıb: "Doğrudur. Prinsipcə razılıq əldə olunub, lakin rəsmiyyətlər həll olunmayıb".
Onun sözlərinə görə, əməkdaşlıq Grok chatbotunun messencerin istifadəçiləri arasında yayılmasını nəzərdə tutur. Telegram xAI-dən 300 milyon dollar alacaq, həmçinin messencer vasitəsilə satılan xAI abunələrindən gəlirin 50%-ni alacaq.
Almaz Həsənli