
Netanyahu Qəzzada HƏMAS lideri Sinvarın öldürüldüyünü açıqlayıb
İsrail qüvvələrinin Qəzza zolağında HƏMAS-ın rəhbəri, daha əvvəl öldürülən hərəkatın keçmiş lideri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarı öldürdüyünü İsrailin baş naziri Binyamin Netanyahu parlamentdə bildirib.Bu barədə “Rbc.ru” İsrailin “Kanal 12” telekanlına istinadən xəbər verir.
"Çoxları oktyabrın 7-dən sonra özümüzə gələ bilməyəciyimizdən qorxurdular, amma iki gün sonra mən Yaxın Şərqi dəyişdirəcəyimizi söylədim. Hücumları dəf etdik, [HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd] əl-Deyfi, [HƏMAS siyasi bürosunun rəhbəri] əl-Haniyyəni, Yəhya Sinvarı və Məhəmməd Sinvarı məhv etdik. HƏMAS-ın silah tədarükünü kəsdik, sərhəd bölgələrinin sakinlərinin təxminən 90% - ni evə qaytardıq və Qəzzada kəskin dəyişikliklər etdik” – o deyib.
“The Times of Israel” aydınlaşdırır ki, Sinvarın ölümünə səbəb olan hava hücumu İsrail tərəfindən mayın 13-də Xan Yunisdəki tuneldə həyata keçirilib.
Nəşr yazır ki, Məhəmməd Sinvar özünü qorumaq üçün adətən girovlar tərəfindən mühasirəyə alınıb. Lakin İsrail hücuma başlayanda o, girovların müşayiəti olmadan HƏMAS-ın hərbi qanadının “Rəfah” briqadasının komandiri Məhəmməd Şabana və digər yüksək rütbəli komandirlərlə görüş keçirirdi.
Zərbə Avropa Xəstəxanasının ərazisində olub. Qəzza Mülki Müdafiə Agentliyi hücumdan sonra ən azı 28 nəfərin öldüyünü bildirib.
Yəhya Sinvar 2024-cü ilin iyulunda İranda əl-Haniyyənin ölümündən sonra HƏMAS-ın lideri olub. O, ötən ilin oktyabrında vəfat edib. Onun qardaşı qruplaşmanın Qəzzada faktiki lideri olmamışdan əvvəl təşkilatın hərbi qanadına rəhbərlik edib - o, 2024-cü ilin iyulunda öldürülən əl-Deyifi əvəzləyib. Əvvəllər Sinvar HƏMAS-ın “Xan Yunis” briqadasına komandanlıq edirdi.
“The Times of Israel” yazır ki, Sinvar 1990-cı illərdə İsrail tərəfindən həbs edilib və daha sonra Fələstin Muxtariyyətinin paytaxtı Ramallahda (Qərbi Sahil) daha üç il həbsdə olub. 2000-ci ildə oradan qaçıb.
Almaz Həsənli