
İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtı və yerinin müzakirəsi barədə məlumat verib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanma vaxtının və yerinin müəyyən edilməsi məsələsi üzrə danışıqlar aparır.Bu barədə “İnterax.ru” xəbər verir.
"Hazırda biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq".
“Sülh sazişinin mətni nəhayət razılaşdırılıb, onun imzalanması qalır”, o qeyd edib.
Qriqoryan onu da xatırladıb ki, Ermənistan tərəfi Azərbaycanla sülh sazişinin imzalandığı gün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat imzalamağa hazır olduğunu bildirib.
Almaz Həsənli
Digər xəbərlər