Gürcüstan vətəndaşının pasportlarında/şəxsiyyət vəsiqələrində milliyəti və ata adı bərpa oluna bilər

Gürcüstan vətəndaşının pasportlarında/şəxsiyyət vəsiqələrində milliyəti və ata adı bərpa oluna bilər

3 İyun 18:15
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstan vətəndaşlarının həm elektron, həm də qeyri-elektron şəxsiyyət vəsiqələrində və pasportlarında şəxsin milliyəti və atasının adı bərpa oluna bilər.Bu barədə Oxuməni.az “Sovanews.tv”yə istinadla xəbər verir.
Vətəndaş Lela Kavtaradze parlamentə belə bir təklif verib və bundan sonra Büro Hüquq Məsələləri Komitəsinə bu təklifə baxmağı tapşırıb.
“Xahiş edirəm, həm elektron, həm də qeyri-elektron şəhadətnamələrdə, habelə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilsin, 1998-2004-cü illərdə olduğu kimi hər hansı bir şəxsin milliyəti aydın şəkildə yazılacaq ata adı və milliyyəti müəyyən edən qrafa bərpa edilsin ki, “gürcü millətinə mənsubiyyət itməsin və degenerasiya etməsin”, necə ki, cənab Quram Şaradzenin dediyi kimi,”- vətəndaşın müraciətində oxuyuruq.
Xatırladaq ki, 2025-ci il iyunun 4-dən Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin, eləcə də müvəqqəti və daimi yaşayış yerinin elektron arayışının, müvəqqəti şəxsiyyət vəsiqəsinin dizaynı dəyişdiriləcək.
Bu konkret tarixdən əvvəl verilmiş köhnə şəxsiyyət vəsiqələri onların istifadə müddəti bitənə qədər etibarlı olacaq.
Yeni şəxsiyyət vəsiqələrində QR kodu və bir sıra digər funksiyalar olacaq. Gürcüstan ədliyyə nazirinin əmrinə əsasən, sənədlərin üzərindəki sütunlar vahid qaydada - gürcü dilində (sertifikata giriş CAN kodu istisna olmaqla (CAN - Card Access Number)) və İngilis dilində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO 9303) standartına uyğun olaraq tətbiq ediləcək.


Almaz Həsənli