Ərdoğan Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən tədarükü ilə bağlı Bakı ilə əməkdaşlığın mümkünlüyünü açıqlayıb

Ərdoğan Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən tədarükü ilə bağlı Bakı ilə əməkdaşlığın mümkünlüyünü açıqlayıb

3 İyun 16:25
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla enerji sahəsində əməkdaşlığın uğurlarını və perspektivlərini qeyd edib, türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı məsələsində əməkdaşlığın mümkünlüyünü açıqlayıb.Bu barədə Oxuməni.az “İnterfax”a istinadla xəbər verir.
"Ölkələrimiz bu illər ərzində enerji sektorunda birlikdə bir çox uğurlara imza atıblar. Son illərdə baş verən geosiyasi dəyişikliklər Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığının vacibliyini bir daha vurğuladı", - Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətində deyib.
Ərdoğanın müraciətinin mətni Azərbaycan prezidentinin saytında dərc olunub.
Türkiyə liderinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Trans-Anadolu qaz kəməri (TANAP) kimi layihələrin həyata keçirilməsi təkcə Türkiyə və Azərbaycana deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir.
Ərdoğan qeyd edib ki, Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı məsələsində Bakı və Ankaranın qarşılıqlı faydalı əməkdaşlıq imkanları var. "Bu layihə həm enerji təchizatı coğrafiyasının genişləndirilməsinə, həm də region ölkələrinin rifahının yüksəldilməsinə mühüm töhfə verəcək", - Türkiyə lideri vurğulayıb.

Oxuməni.az