
Azərbaycanlı Xanlar Paşabəyov Dərbəndin başçısı seçildi
Dərbənd administrasiyasında şəhər şurasının 16-cı iclası keçirilib. Gündəliyin əsas məsələsi Dərbənd şəhərinin başçısının seçilməsi olub.
Meriyanın mətbuat xidməti xəbər verir ki, Dərbənd şəhər şurasının deputatları şəhər rəhbəri vəzifəsinə seçkilərdə azərbaycanlı Xanlar Paşabəyovun namizədliyini yekdilliklə dəstəkləyib.
Səsvermədə 25 deputatdan 23-ü iştirak edib.
Paşabəyov aprelin 30-dan istefa verən Əhməd Kuliyevin yerinə şəhər rəhbəri vəzifəsini icra edirdi.
Alternativ namizədlər - Dağıstan Gömrük İdarəsinin Məhərrəmkənt gömrük postunun aparıcı inspektoru Rasim Kazıəhmədov və “Korrupsiyaya Qarşı Mübarizə Komissiyası” regional ictimai təşkilatının mərkəzi aparatının sədri Rəsul Hacımusayev bir dənə də olsun səs ala bilməyiblər.
Xanlar Paşabəyov Dərbənddə anadan olub, 48 yaşı var. Onun iki ali təhsili var – DDU-nun “maliyyə-kredit” və “hüquqşünaslıq” ixtisasları üzrə təhsil alıb. Notarius, sülh ədliyyəsi işləmiş, respublika prokurorluğunda müxtəlif vəzifələrdə çalışmış, rayon Əmlak Nazirliyinə və Ədliyyə Nazirliyinə rəhbərlik etmişdir. O, bu ilin aprel ayından Dərbəndə şəhər rəhbərinin səlahiyyətlərini icra edən kimi rəhbərlik edib.
Almaz Həsənli