
Bu gündən Azərbaycan və Çin arasında viza rejimi ləğv edilib
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında” Saziş”ə uyğun olaraq, iyulun 16-dan Azərbaycan və Çin arasında viza rejimi ləğv edilib.
Sənədə əsasən, Azərbaycan Respublikası vətəndaşları, etibarlı ümumvətəndaş pasportlarına sahib olanlar, və Çin Xalq Respublikası vətəndaşları, etibarlı ümumvətəndaş pasportlarına sahib olanlar, hər bir səfər üçün 30 gündən, hər 180 günlük dövr ərzində ümumilikdə 90 gündən çox olmamaq şərti ilə, digər ölkənin ərazisinə daxil olmaq, çıxmaq və tranzit keçmək üçün viza tələblərindən azad olunurlar.
Oxuməni.az
Digər xəbərlər