Azərbaycan Prezidenti Yamaykanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti Yamaykanın Baş nazirini təbrik edib

6 Avqust 12:32
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu il Azərbaycan ilə Yamayka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib.

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxuməni.az