London-Düşənbə təyyarəsi Bakıda məcburi eniş edib

London-Düşənbə təyyarəsi Bakıda məcburi eniş edib

12:18
Bəyəndim (2) Bəyənmədim (0)

Londondan Düşənbəyə uçan “NOMAD AVIATION AG” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş tələb edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Məlumata görə, təyyarə yerli vaxtla saat 02:21-də Bakı hava limanına uğurla enib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək yüksək operativlik nümayiş etdirərək texniki və fövqəladə hallarda sərnişinlərə və təyyarələrə etibarlı dəstək göstərir.

Oxuməni.az